Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

“Fitch” Azərbaycanda inflyasiya ilə bağlı proqnozunu açıqlayıb

User 01 Mart 2025 - 14:13 (Last updated: 21 May 2025 - 20:15)
fitch

“Fitch” Azərbaycanda inflyasiya ilə bağlı proqnozunu açıqlayıb

Növbəti onillikdə Azərbaycanda orta illik inflyasiya 5 %-dən aşağı səviyyədə qalacaq.

Bu barədə “Report” “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin törəmə şirkəti olan “Fitch Solutions”a (FS) istinadən xəbər verir.

“Son on ildə ölkədə orta inflyasiya səviyyəsi 5,5 % təşkil edib. Hazırda yüksək istehlak inflyasiyası ərzaq məhsullarının qiymətlərinin artması və qlobal təchizat zəncirlərini pozan Rusiya-Ukrayna müharibəsi ilə əlaqədardır. Bununla belə, qarşıdakı illərdə inflyasiya təzyiqlərinin tədricən azalacağı gözlənilir”, – FS-in hesabatında deyilir.

Bununla yanaşı, agentlik milli valyutanın məzənnəsinə ciddi təzyiq proqnozlaşdırmır, çünki o, neft və qazın satışından əldə edilən sabit ixrac gəlirləri ilə dəstəklənir. “Fitch Solutions” qeyd edir ki, uzunmüddətli perspektivdə inflyasiyanın orta səviyyəyə qayıdacağı və məzənnənin nisbətən sabit qalacağı gözlənilir.

FS-in proqnozuna görə, Azərbaycanda inflyasiya 2025-ci ildə 4 % olacaq, 2026-cı ildə 4,4 %-ə qədər sürətlənəcək, 2027-ci ildə isə 4,7 %-ə çatacaq.

Agentlik 2028-ci ildən inflyasiyanın yavaşlamasının yeni mərhələsinin başlayacağını və onun 4,4 %-ə düşəcəyini proqnozlaşdırır. 2029-cu ildə inflyasiya 2,7 %, 2030-cu ildə isə 1,7 % olacaq. Gələcəkdə istehlak qiymətlərinin artım tempi yavaşlamağa davam edəcək: 2031-ci ildə inflyasiya 1,6 %, 2032-ci ildə 1,3 %, 2033-cü ildə 0,7 %, 2034-cü ildə isə cəmi 0,1 % səviyyəsində proqnozlaşdırılır.

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən edilmiş hədəf inflyasiya diapazonu 4±2 % təşkil edir.

“Fitch Solutions” qeyd edir ki, AMB-nin qiymət sabitliyinin təmin edilməsində əsas aləti məzənnəyə nəzarət olaraq qalır. “2015-ci ildə Azərbaycanda neftin qiymətinin aşağı düşməsi fonunda manatın kəskin devalvasiyası ilə üzləşdiyi vəziyyətdən fərqli olaraq, indi tənzimləyici inflyasiyanı idarə etmək üçün daha dayanıqlı mövqedədir. Bununla belə, dollarlaşmanın yüksək səviyyəsi (bank depozitlərinin 48,4 %-i xarici valyutada ifadə olunur) pul siyasətinin effektivliyini azaldır ki, bu da uzunmüddətli təzyiqə səbəb ola bilər.

Bundan əlavə, AMB 2026-cı ilə qədər inflyasiya hədəflənməsinə keçidi nəzərdə tutan pul-kredit siyasətinin transformasiyası üzrə dördillik planı həyata keçirir. Bu, valyuta bazarında manatın məzənnəsinin daha çevik olmasına səbəb ola bilər”, – FS-in hesabatında deyilir.

Xatırladaq ki, Azərbaycanda ötən il orta illik inflyasiya 2,2 %, 2025-ci ilin yanvarında isə 5,4 % təşkil edib.

Post navigation

Previous: “Tramp görsə Ukrayna qalib gəlir, Rusiyaya hərbi dəstək verəcək” –
Next: Roma Papasının səhhəti pisləşib, mexaniki ventilyasiyaya qoşulub

Oxşar xəbərlər

ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26
qaz tebii
  • İqtisadiyyat

Türkiyə Rusiyadan qaz alışını azaldır – Bayraktar səbəbi açıqladı

User 06 Noyabr 2026 - 19:32

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Möhtərəm cənab Prezident, 8...
Read more about Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.