Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

“Tramp görsə Ukrayna qalib gəlir, Rusiyaya hərbi dəstək verəcək” –

User 01 Mart 2025 - 13:24 (Last updated: 21 May 2025 - 20:15)
qudret_hesenquliyevenyeni
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibə verib.
AzPost müsahibəni təqdim edir:
– Qüdrət bəy, dünən ABŞ prezidenti ilə Zelenski arasında yaşanan gərginlik barədə fikirlərinizi bilmək maraqlı olardı…
– Bunun Putini yola gətirmək üçün razılaşdırılmış tamaşa olması ehtimalı 0.1 faizdir. Trampın Zelenskiyə nifrət etdiyi açıq-aydın görsənir və onu hakimiyyətdən uzaqlaşdırmaq üçün mümkün olan hər şeyi edəcək. Amma yalnız buna görə yox. Televiziyalar qarşısında Zelenskinin, rəsmi qonağın alçaldılması da onu nüfuzdan salmağa “Putinin könlünü oxşamağa hesablanmışdı. Yəqin ki, sonra bir “əhsən” alması üçün Putinə zəng edib deyib ki, gördün onu nə günə qoydum. Müsahibələrimin birində demişdim ki, Tramp Rusiyanın müharibədə tam və qəti qələbə çalmasının çətinliyini görür və buna görə sülhə çalışır. Tramp ABŞ-nin müttəfiqləri və qonşuları ilə münasibətlərinin korlanması üçün də mümkün olan hər şeyi edir. Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər.
– Avropa ölkələrinin Ukraynaya köməyi artırması vəziyyəti dəyişə bilərmi?
– Birmənalı şəkildə yox. Avropa Rusiya qədər silah istehsal etmir və heç kim Ukrayna tərəfdən müharibəyə qatılmaycaq. Avropalılar heç bu gün əllərində olan silahın cüzi bir hissəsini belə Ukraynaya vermirlər. Rusiyadan qorunmaq üçün saxlayırlarsa, elə Ukrayna vuruşur da. Bundan başqa Tramp görsə ki, Ukrayna qalib gəlir, bütün vasitələrlə, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək. Onun başqa seçimi yoxdur.
– Bu halda Rusiya ABŞ-ni Çin ilə üz-üzə qoya , ABŞ vasitəsilə böyük qonşularını, məsələn, elə Çini, o cümlədən Türkiyəni, İranı qorxudub özünə tabe elətdirə bilərmi?
– Mümkün ssenaridir. Amma Türkiyəyə münasibətdə bu tam mənada alınacaqmı? 2016-cı ildəki Tramp prezidentliyi dövründə, Türkiyə rəsmilərinin verdiyi açıqlamalara görə ABŞ-nin də içərisində olduğu iddia edilən dövlət çevrilişi cəhdindən sonra, Rusiya-Türkiyə münsibətləri xeyli yaxşılaşdı və inkişaf etdi.
– Tramp Rusiyanı yenidən dünyanın əsas aparıcı dövlətinə çevirə bilərmi?
– Bunun üçün Rusiyanın indikindən çox güclü iqtisadiyyatı olmalı, ABŞ daxildən çökdürülməli, Çin zəiflədilməlidir. Tramp Rusiya iqtisadiyyatının dirçəlməsi üçün həmin ölkəyə böyük investisiyalar yatıra, müasir texnologiyalar verə və onun əsas rəqiblərinə isə iqtisadi sanksiyalar tətbiq edə bilər. Bu baş versə, Putin dünyanın ən güclü siyasətçisi olduğunu təsdiq edəcək.
– Rusiyanın qələbəsini görən Çin bundan ruhlanaraq, Tayvana hücum edib ərazi bütövlüyünü bərpa edə bilərmi?
– Çinlilər çox müdrikdir və emosional qərarlar qəbul etmirlər. Məncə Çində də nə baş verdiyini anlayırlar. Ona görə Trampın prezidentliyi dönəmində buna getməzlər.
– Biz, hansı mövqedən çıxış etməliyik?
– ABŞ-dən aralı durmalı, nə müttəfiq, nə də düşmən olmamalıyıq. Rusiya ilə strateji tərəfdaşlığımızı davam etdirməli, Türkiyə ilə bütün istiqamətlərdə münasibətlərimizi daha da yaxınlaşdırmalı və iqtisadiyyatımızı inkişaf etdirməliyik. 3+3 formatında qonşu dövlətlərlə, Türk Dövlətləri Təşkilatı ilə əlaqələri və inteqrasiyanı sürətləndirməli, milli birliyimizi gücləndirməliyik.

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: “Fitch” Azərbaycanda inflyasiya ilə bağlı proqnozunu açıqlayıb

Oxşar xəbərlər

ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Möhtərəm cənab Prezident, 8...
Read more about Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.