Moskvada “Food Siti” ticarət mərkəzi Ermənistandan gələn malların bazardan çıxarılması ilə bağlı yaranmış qalmaqal barədə bəyanat verib.
“”Kiyevski ploşad” şirkətinə daxil olan “Food Siti” bazarı millətindən asılı olmayaraq bütün qruplar üçün bərabərlik prinsiplərinə riayət edəcək”-deyə bəyanatda deyilir.
Bəyanatı “Kiyevski ploşad” şirkətinin direktorlar Şurasının sədri Qod Nisanov imzalayıb.
“Mən və şirkətdəki tərəfdaşlarım üçün Rusiya qanunvericiliynə əməl etmək qeyd-şərtsiz priroitetdir. Bazarda bu illər ərzində şirkətimiz millətindən və dini inancından asılı olmayaraq bütün icarədarlar, tərəfdaşlar və istehlakçıların maraqlarına qayğı ilə yanaşıb. Şirkət bundan sonra da bu prinsiplərə sadiq qalacaq. Bizim obyektlərdə çalışanların təhlükəsizliyi və rahatlığı üçün maksimal diqqət göstərəcək”-deyə Qod Nisanov bəyan edib.