“Formula-1” üzrə Azərbaycan Qran-prisi təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, bu barədə yarış təşkilatçısının rəsmi tvitter səhifəsində paylaşım edilib.
Bildirilir ki, iyun ayında baş tutmalı olan Azərbaycan Qran-prisi keçirilməyəcək. Buna səbəb koronavirus pandemiyasının bütün dünyada sürətlə yayılmasıdır.