“FranckMuller” saatlarının banisi Kəlbəcərdə və Vecnəli kəndində qanunsuz qızıl axtarıb –

Hikmət Hacıyev
30 Oktyabr 2020 - 23:53

“FranckMuller” saatlarının banisi Vartan Sermakes Azərbaycanın işğal olnumuş Kəlbəcər rayonunda və Vecnəli kəndində qanunsuz qızıl axtarışı ilə məşğul olub.

Bu barədə özünün “Twitter” səhifəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.

Hikmət Hacıyev bildirib: “FranckMuller” saatlarının banisi Vartan Sermakes Azərbaycanın işğal olnumuş Kəlbəcər rayonunda və Vecnəli kəndində qanunsuz qızıl axtarışı ilə məşğul olub. Bizdə Sermakesə qarşı cinayət işinin başladılması üçün yerlərdə daha çox fakt olacaq”.