Fransa Avropa İttifaqını Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırdı

Fransa Avropa İttifaqına Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi təklif edib.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” müvafiq sənədə istinadən məlumat yayıb.

Sənədə görə, Paris Fransa hakimiyyətinin Aİ ölkələrinə qarşı dezinformasiya əməliyyatları təşkil etməkdə və seçkilərə müdaxilədə şübhəli bildiyi fiziki və hüquqi şəxslərə qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqini zəruri hesab edir. Belə şəxslər arasında Fransa “Vagner” işçilərini də qeyd edir.

Məhdudiyyətlər tətbiq olunarsa, onların Aİ ərazisinə girişi qadağan ediləcək və aktivləri dondurulacaq.

“Bloomberg”in məlumatına görə, Fransanın təklifi artıq Latviya, Litva, Niderland, Polşa və Estoniya tərəfindən dəstəklənib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan СОР29 platformasından öz tarixindən bəhs etmək üçün istifadə edə bilər

Sonrakı məqalə

Bayden yenə “erməni soyqırımı” ifadəsini işlətdi