Fransa ekstremist qruplaşmanın rəhbəri Dağlıq Qarabağa vuruşmağa yola düşüb –

FOTO
30 Oktyabr 2020 - 23:56

Sağ radikal “Zouaves Paris” qruplaşmasının lideri Mark de Kakkere-Valmenir “Instagram”dakı səhifəsində bildirib ki, Dağlıq Qarabağa ermənilərlə birlikdə vuruşmağa yola düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Liberasen” bildirib.

Mark de Kakkere “Kalaşnikov” avtomatı ilə hərbi formada şəklini də paylaşıb. Fotoda “İstiqamət: cəbhə yazılıb”. O, həmçinin ermənilərlə əməkdaşlıqla “xarici könüllülər briqadası”nı yaratmaq arzusu haqqında da bildirib.

O, özünü birbaşa faşist adlandırır. Amma Parisdə zorakılığın əsas təhrikçisi olan sağ ekstremistlər qruplaşmasına “Zouaves Paris” adını verib. Mark de Kakkere, həmçinin deyib ki, bu kiçik qruplaşma küçələri qorxuda saxlamaq üçündür.