Fransa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

Fransa səfiri Rusiya Xarici İşlər Nazirliyinə  çağırılıb.

Azpost.info bildirir ki, bu barədə XİN məlumat verib. Fransa diplomatiyasının rəhbəri Stefan Sejurnenin açıqlamalarına görə, Fransanın Moskvadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Rusiya XİN-in məlumatında qeyd olunur ki, Fransanın Avropa və xarici işlər naziri S.Sejurne bir qədər əvvəl Rusiya rəsmilərinin dərc etdikləri bəyanatlarda yalan məlumatlar olduğuna görə Parisin onlarla danışmaqda maraqlı olmadığını bildirib.

Moskva bu açıqlamaları “Fransa tərəfinin iki ölkə arasında hər hansı dialoqun mümkünlüyünü pozmağa yönəlmiş şüurlu və düşünülmüş hərəkəti” kimi qiymətləndirib.

Əvvəlki məqalə

Britaniyada PUA-ları sıradan çıxarmaq üçün yeni silah hazırlanıb

Sonrakı məqalə

Gəncə 2025-ci ildə MDB-nin idman paytaxtı elan edilib