Fransada 1 May etiraz aksiyalarında 30 polis yaralanıb –Onlarla nümayişçi saxlanılıb

Fransız polisi Parisdə baş verən nümayişlərdəki qarşıdurmalar zamanı 34 nəfər aksiya iştirakçısını saxlayıb.

TASS-ın verdiyi məlumata görə, bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanen açıqlama verib.

Paytaxtın polis prefekturası “bir neçə yüz” xuliqanın 1 may gününə həsr olunan aksiyalar zamanı nümayişçilərin önündə gedərək dükanların şüşələrini qırdıqlarını, zibil qutularını yandırdıqlarını və kordonda dayanan polislərə müxtəlif əşyalar atmağa başladqlarını bildirib.

Eyni zamanda Fransanın Lion şəhərində nümayişçilər ilə qarşıdurmada 30-a yaxın polis və jandarma zabiti yaralanıb.

Fransız polisi Liondakı aqressiv nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Təxminən 200 nəfərlik aqressiv qrupun davranışı səbəbindən hüquq-mühafizə orqanlarının müdaxiləsi tələb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Səhranın bəyaz günəşi” filmindəki məşhur “Abdulla” vəfat edib –

Sonrakı məqalə

Azərbaycanda mobil rabitə operatolarının gəlirləri açıqlanıb