Fransada dəhşətli yol qəzası –

Bir ailənin 9 üzvündən 5-i öldü, 4-ü ağır yaralanıb
21 İyul 2020 - 09:22

Fransanın cənub-şərqində yerləşən Drome bölgəsində baş verən yol qəzasında “Renault Scenic” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində bir ailənin 9 üzvündən 5-i ölüb, 4-ü isə ağır yaralanıb. 

RİA Novosti xəbər verir ki, bu barədə “France Bleu” radiosu məlumat yayıb.

Bildirilib ki, axşam 7 radələrində qeydə alınan hadisə zamanı ölənlərin 5-i də uşaq olub. Avtomobil aşdıqdan sonra alovlanıb. 4 nəfər avtomobildən çıxa bilsələr də ciddi yanıq xəsarətləri alıblar.

Dərhal hadisə yerinə 50-dən çox yanğınsöndürən və 3 vertolyot cəlb edilib. Yaralılar vertolyotla xəstəxanaya aparılıb.

İlkin məlumata görə, nəqliyyat vasitəsinin əyləcində problem olub.

Faktla bağlı istintaq başladılıb.