Dünyada koronavirusa yoluxanların sayı 14 milyon nəfəri keçib –ÜST

Dünyada koronavirusa yoluxanların sayı 14,3 milyon nəfəri keçib.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

ÜST-ün məlumatına görə, son sutkada dünyada COVID-19-a 230 minə yaxın yoluxma qeydə alınıb. Bununla yanaşı, pandemiya qurbanlarının ümumi sayı 600 mini ötüb.

Son sutkada dünyada koronavirusa 229 780 yoluxma qeydə alınıb, 5 111 nəfər ölüb. Bununla da dünyada koronavirusa yoluxanların sayı 14 348 858 nəfərə çatıb. Pandemiya qurbanlarının ümumi sayı 603 691 nəfər təşkil edir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Vuhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Serbiya Ermənistana hansı silahları satıb? –

Sonrakı məqalə

Fransada dəhşətli yol qəzası –