Fransada etiraz nümayişləri davam edir

13 Dekabr 2020 - 11:00

Fransada “qlobal təhlükəsizlik” qanun layihəsinin əleyhinə nümayişlər keçirilib.

Fransanın Paris, Lyon, Bezanson, Oser (Auxerre), Nis, Dijon, Nansi, Lill, Tuluz və Strasburq şəhərlərində etiraz nümayişləri zamanı 140-dan çox nümayişçi saxlanılıb. Nümayişçilərlə polis arasında qarşıdurma yaranıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.