Fransada koronavirus xəstələrinin sayı yenidən artır-

Rreanimasiya şöbələri həyəcan təbili çalır
07 Sentyabr 2020 - 22:52

Fransa xəstəxanalarında yenidən gərginlik yaranıb. Ölkədə son 3 gün ərzində COVID-19 virusuna 25 min yoluxma faktı qeydə alınıb.

Yeni növ koronavirusa yoluxanların sayının ölkənin bütün ərazisində artdığı bildirilib.

Qeyd edilir ki, son sutka ərzində xəstəxanalara 1707 xəstə qəbul olunub. Onlardan 288-i ağır vəziyyətdə reanimasiya şöbələrinə yerləşdirilib. Bəzi mütəxəssislər ölkədə epidemiyanın 2-ci dalğasının başladığını deyərək, insanları ayıq olmağa çağırıblar.

Son sutka ərzində ölkənin 28 departamenti qırmızı zona elan edilib.