Rusiya səfiri Navalnı məsələsinə görə Britaniya XİN-ə çağırılıb

Rusiyanın Böyük Britaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Britaniya hökumətinin Aleksey Navalnının “Noviçok” maddəsi ilə zəhərlənməsi ilə bağlı dərin narahatlığı Rusiya hökumətinə çatdırılıb.

“Xarici İşlər naziri qadağan olunmuş kimyəvi maddənin istifadəsinin və bunun öndə gələn rus müxalifət liderinə qarşı işlədilməsinin qətiliklə qəbuledilməz olduğunu bildirib. Bu hadisə Rusiya torpağında, Rusiya vətəndaşına qarşı baş verib. Rusiya bununla bağlı cavab verməlidir. Onların yerinə yetirmək üçün beynəlxalq öhdəlikləri var. Bu, cəmiyyətlərimizin təhlükəsizliyini təmin edən beynəlxalq qaydalara qarşı hücumdan başqa bir şey deyil”.

Bəyanatda qeyd edilib ki, Rusiya Navalnının zəhərlənməsi ilə bağlı tam, şəffaf bir cinayət istintaqı aparmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Fransada koronavirus xəstələrinin sayı yenidən artır-

Sonrakı məqalə

Ölkəmizdə koronavirusla əlaqədar aparılan testlərin sayı 967 mini ötüb