Fransada “Makron psixopatdır, yaşasın Putin” deyən etirazçı həbs olunub

Fransanın Po şəhərində polis ölkə prezidenti Emmanuel Makron haqqında sözlərinə və üzərində “Yaşasın Putin” yazısı olan plakata görə etitazçını həbs edib.

Azpsot.info xəbər verir ki, bu barədə “Le Figaro” yazıb.

Plakatda “Makron fırıldaqçıdır” və “Makron dəli psixopatdır, bizi müharibəyə aparmaq istəyir” sözləri yazılıb.

Psixiatrik ekspertizanın nəticələrinə görə, məlum şəxsin ağlı başında olduğu üzə çıxıb.

Şəhər prokuroru Rodolf Jarri bildirib ki, ibtidai istintaqın nəticələrinə əsasən, prokurorluq cərimə tələbi ilə məhdudlaşacaq.

Azpsot.info

Əvvəlki məqalə

“Krokus”da insanları xilas edən məktəblilər Dumaya dəvət olunacaqlar

Sonrakı məqalə

Polis dünən 23 kiloqram narkotik aşkar edərək götürüb