Fransada parlament seçkilərində exit-pollun nəticələri açıqlanıb

Fransada parlament seçkilərinin ikinci turunun ilkin nəticələri məlum olub.

APA “Le Monde” saytına istinadla xəbər verir ki, “Ipsos-Sopra Steria” tanınmış media qurumlarının sifarişi əsasında exit-poll keçirib.

Sorğunun nəticələrinə görə, prezident Emmanuel Makronun partiyası 224 yer qazansa da, mütləq çoxluğu əldə edə bilməyib. Seçkilərin ikinci mərhələsində solçular parlamentdə ikinci siyasi qüvvəyə və əsas müxalifəçiyə çevrilib. İfrat sağçı Milli Cəbhə partiyası da rekord həddə yerə sahib olub – 89 deputat.

Əvvəlki məqalə

Hikmət Hacıyev Bakıya gəlmiş dünya səyyahları ilə görüşüb –

Sonrakı məqalə

“Putin sağlamdır, ötən ay görüşdük…” –