“Putin sağlamdır, ötən ay görüşdük…” –İlham Rəhimov

“Prezident Putin sağlam, gümrah fiziki formasındadır”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya dövlət başçısının tələbə yoldaşı, Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru İlham Rəhimov News24.az-a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Putinin səhhəti barədə yazılanlar informasiya müharibəsinin bir hissəsidir: “Məndən də bu barədə çox adam soruşur. Mən başa düşürəm, bu da informasiya müharibəsinin bir hissəsidir. Hardasa nəsə yazırlar, sonra bunu yayırlar. Bununla bağlı bildirirəm ki, təxminən bir ay bundan əvvəl Kremldə onunla görüşdüm, bir saat söhbət elədik. Səhhətində heç bir problem yoxdur. Həmişə gördüyüm kimi sağlam, gümrah fiziki formasındadır. Adətən, həmişə olduğu kimi çox yüksək əhvalda və özünəinamlı idi. Yəni reallıq budur”.

 

 

Əvvəlki məqalə

Fransada parlament seçkilərində exit-pollun nəticələri açıqlanıb

Sonrakı məqalə

Şeyxülislamın tolerantlıq mesajı –