Fransada peyvəndə qarşı nümayişdə 19 etirazçı həbs edilib –3 polis yaralanıb

Fransada şənbə günü məcburi peyvəndə və karantin rejiminə qarşı etiraz aksiyalarında 19 nəfər saxlanılıb.

Bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanen “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, onlardan 10-u Parisdə, 9-u isə digər bölgələrdə saxlanılıb.

Polisə və jandarma əməkdaşlarına fədakar xidmətlərinə görə minnətdarlığını ifadə edən Darmanen nümayiş zamanı etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar olduğunu vurğulayıb. Qeyd edib ki, qarşıdurma zamanı 3 polis əməkdaşı yaralanıb.

Polisin məlumatına görə, Parisdə 14,2 min nəfər, ölkənin digər bölgələrində isə ümumilikdə 204 min nəfər iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Baş verən yanğınlardan birinə uşaqlar səbəb olub” –

Sonrakı məqalə

Türkiyənin Muğla vilayətində 4,5 bal gücündə zəlzələ olub