Fransada son bir gündə daha 499 nəfər koronavirusdan ölüb

31 Mart 2020 - 23:40

Fransada son 24 saatda koronavirusa yoluxmuş 499 nəfər vəfat edib.

“Guardian”ın verdiyi xəbərə görə, ölkədə koronavirusdan ölənlərin sayı 3523-ə çatıb.

Son sutka ərzində 7578 yoluxma faktı qeydə alınıb ki, bununla da Fransada bu günədək koronavirusa yoluxanların ümumi sayı 52 128-ə çatıb. (APA)

Hazırda virusa yoluxmuş 5565 nəfərin vəziyyəti ağırdır.