Fransada son sutkada COVID-19 pandemiyasına 20 mindən çox yeni yoluxma və 431 ölüm faktı qeydə alınıb.
Bu haqda Fransa Səhiyyə İdarəsi məlumat verib. Bildirilib ki, Fransada pandemiya başlayandan 3 min 629 milyon yoluxma qeydə alınıb.
Xəstəxanalarda 25 min 660 koronavirus xəstəsi var. Reanimasiya şöbələrində 3 min 435 ağır vəziyyətdə olan virus xəstəsi intensiv müalicə olunur. Ölkədə pandemiya qurbanlarının ümumi sayı 85 min 44-ə çatıb. Bu günə qədər xəstəxanalarda 252 min 83 virus xəstəsi sağalıb.
Ölkədə 10-dan çox departamentdə virusun sürətlə yayıldığı qeyd edilir. Yeni yoluxanların 40 faizində virusun yeni ştammlarına rast gəlinir. Bəzi departamentlərdə yenidən karantin rejiminin tətbiq ediləcəyi vurğulanır.