Fransada vətəndaş Prezident Makrona şillə vurub –

VİDEO
08 İyun 2021 - 18:00

Fransa Prezidenti Emmanuel Makron ölkənin cənub-şərqinə rəsmi səfəri zamanı yerli sakin ona şillə vurub.

BBC-nin verdiyi xəbərə görə, hadisə Fransa Prezidentinin Drom departamentinə səfəri zamanı baş verib.

Baryerin arxasındakı vətəndaşlara görüşmək istəyən Fransa Prezidentinin üzünə şillə vurulub.

İnsidentlə əlaqədar iki nəfərin saxlanıldığı bildirilir.