Fransanın yeni XİN başçısı Ukraynaya gəlib

Fransanın xarici işlər naziri Katrin Kolonna Kiyevə gəlib.

Azpost.info xəbər verir ki, XİN rəhbəri bu barədə “Tvitter” hesabında yazıb.

O, Kiyevdə Ukrayna prezident Vladimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcəyini bildirib. “Bu səfərlə xanım Kolonna Fransanın Ukrayna xalqı ilə həmrəyliyini və Ukraynaya dəstəyi gücləndirməkdə, müdafiə avadanlığının tədarükündə tam qətiyyətini nümayiş etdirmək niyyətindədir”, – Fransa XİN-dən bildiriblər.

K.Kolonna səfəri çərçivəsində Fransanın Kiyevdəki səfirliyinin nümayəndələri ilə də görüşəcək. Bundan başqa, nazir ukraynalı həmkarı Kuleba ilə Ukraynadan taxıl ixracının qarşısının alınmasını, ərzaq təhlükəsizliyinin real risklərini və problemin həlli variantlarını müzakirə edəcək.

Azpost.info

Əvvəlki məqalə

İsveçdə XVII əsrdə Azərbaycan dilinə tərcümə edilmiş “İncil” kitabı tapılıb –

Sonrakı məqalə

“Ölkədən çıxmağıma icazə verin!” –