FTX Rusiyada kütləvi qırğınlar planlaşdıran 13 nəfəri tutub

Rusiyanın Federal Təhlükəsizlik Xidməti ölkənin müxtəlif regionlarında kütləvi qırğınlar planlaşdıran 13 nəfəri tutub.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə Federal Təhlükəszilik Xidməti məlumat yayıb.
Bildirilib ki, bu şəxslər Rusiyanın müxtəlif regionlarındakı təhsil müəssisələrində, hüquq-mühafizə strukturlarının binalarında və insanların çox toplaşdığı ictimai yerlərdə kütləvi cinayət planlaşdırıblar: “Bir sıra bölgələrdə əldəqayırma partlayıcı qurğulardan, yandırıcı qarışıqlardan, soyuq silahlardan istifadə edərək qırğınlar törətməyi planlaşdıran, həmçinin internet istifadəçilərini bu cür cinayətlər törətməyə təşviq edən 13 Rusiya vətəndaşı saxlanılıb. Onlardan 11-i sosial şəbəkələrdən birində qapalı onlayn qrupun üzvüdür”.
Saxlanılan şəxslərin cinayət planlarını onların gündəliklərindən və istifadə etdikləri elektron cihazlardan əldə olunan məlumatlar təsdiqləyir. Qeydlərdə alovlandırıcı və partlayıcı qurğuların hazırlanması üçün təlimatlar, təhsil müəssisələrinə, hüquq-mühafizə orqanlarının binalarına və insanların sıx olduğu yerlərə hücum sxemləri tapılıb.
Saxlanılan şəxslərin evlərində 4 əldəqayırma partlayıcı qurğu və onları düzəltmək üçün lazım olan komponentlər, habelə ov silahları və  soyuq silahlar aşkar olunub.
FTX bu şəxslərin cinayət törətmə motivləri və onları yaşı barədə məlumat verməyib.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Yanvara qədər Erkin Qədirli AŞPA-da müstəqil deputat kimi təmsil olunacaq” –

Sonrakı məqalə

Partiya sədri Təhsil Nazirliyinin sabiq idarə rəisinə 100 min “atıb” –