FTX Sankt-Peterburqda Ukraynanın konsulunu saxlayıb

Sankt-Peterburqda Ukraynanın konsulu saxlanılıb.
 “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 16-da Ukraynanın Sankt-Peterburqdakı Baş konsulu Aleksandr Sosonyuk RF vətəndaşı olan bir şəxslə ilə görüşüb Rusiya hüquq-mühafizə orqanlarının və Federal Təhlükəsizlik Xidmətinin məlumat bazalarından götürülən məxfi məlumat alarkən saxlanılıb.
“Xarici diplomata qarşı beynəlxalq hüquq normalarına uyğun tədbirlər görüləcək”, – deyə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin məlumatında qeyd olunub.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Post-münaqişə dövrünün strategiyası: Əməkdaşlıq və inkişaf

Sonrakı məqalə

Bakıda top mərmisi aşkar edilib –