Fuad Abbasov deputatlığa namizədliyini irəli sürdü

- Sabiq icra başçısına rəqib olur
17 Dekabr 2019 - 17:23

Tanınmış jurnalist Fuad Abbasovun Xəzər TV-nin Xəbərlər departamentində işə başladığı haqda informasiya yayılıb.

“Axsham.az”ın xəbərinə görə, jurnalist yaxın günlərdə siyasi mövzulu proqramda aparıcılıq edəcək. Eyni zamanda, onun “Xəzər” TV-nin Xəbərlər Depertamentinə baş redaktor vəzifəsinə təyin olunacağının gözlənildiyi də bildirilir.

Modern.az-ın əməkdaşı yayılan informasiya ilə bağlı Fuad Abbasovla əlaqə saxlayıb.

Fuad Abbasov əməkdaşımızla qısa söhbət zamanı Xəzər TV-də çalışdığı barədə informasiyanı təkzib edib.

O, 9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkənar  parlament seçkilərində iştirak etmək üçün hazırlaşdığını bildirib.

“Deputatlığa namizədliyimi irəli sürmüşəm. Sənədlərimi Xətai rayonu 33 saylı birinci seçki dairəsinə təqdim etmişəm. Artıq imza toplamağa da başlamışam. Deputatlığa namizədliyimin təsdiqlənəcəyinə əminəm. Belə olan halda hər hansı televiziya kanalında aparıcılıq etməyim və özüm haqqında təbliğat aparmağım düzgün olmaz”.

Qeyd edək ki, keçmiş icra başçısı, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də 33 saylı Xətai birinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.