Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

Futbolun yeni oyun qaydaları təsdiqlənib

User 01 Mart 2026 - 02:27
Futbol

Futbol

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbolun oyun qaydalarında bir sıra dəyişiklikləri təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, qurumun yaydığı məlumata görə, yeniliklər oyunun tempini artırmaq və vaxt itkisini minimuma endirmək məqsədi daşıyır. Dəyişikliklər 2026-cı il dünya çempionatı da daxil olmaqla bütün rəsmi turnirlərdə tətbiq olunacaq.

Yeni qaydalara əsasən, aut və qapı zərbələri üçün 5 saniyəlik geri sayım tətbiq ediləcək. Müddət aşılarsa, aut atışı rəqib komandaya veriləcək, gecikdirilən qapı zərbəsi isə künc zərbəsi ilə nəticələnəcək.

Oyunçu dəyişiklikləri ilə bağlı da yenilik var. Dəyişdirilən futbolçu meydanı 10 saniyə ərzində tərk etməlidir. Əks halda, meydana daxil olan oyunçu 1 dəqiqə gözləməli olacaq.

Zədə alan futbolçuya tibbi yardım göstərildikdən sonra o, ən azı 1 dəqiqə meydandan kənarda qalacaq. Bu müddət oyunun axar vaxtı ilə hesablanacaq.

VAR sisteminin tətbiq dairəsi genişləndirilib. Bundan sonra səhv verilmiş ikinci sarı vərəqə nəticəsində göstərilən qırmızı vərəqə, yanlış futbolçuya verilən kart və açıq-aşkar səhv təyin edilmiş künc zərbələri də videoköməkçi hakim tərəfindən nəzərdən keçirilə biləcək.

Bundan başqa, qapıçıların vaxt uzatmağa yönəlmiş taktiki zədələnmələri ilə bağlı sınaq mexanizmi tətbiq olunacaq.

2026/2027 mövsümündən qüvvəyə minəcək əlavə dəyişikliklərə əsasən, yoxlama oyunlarında 8 (razılaşma ilə 11-ə qədər) oyunçu dəyişikliyinə icazə veriləcək, təhlükəsiz şəkildə örtülmüş avadanlıqlardan istifadəyə şərait yaradılacaq, təşkilatçı qurumların istəyi ilə hakimlər üçün bədən kamerasının tətbiqi mümkün olacaq.

Həmçinin, hava atışı zamanı topun əvvəlki mövqeyini itirməyən komandaya verilməsi dəqiqləşdirilib, penalti zərbəsi zamanı “ikiqat toxunuş”la bağlı müddəa qaydalara əlavə edilib. Əgər üstünlük tətbiq edildikdən sonra qol vurularsa, açıq qol imkanını pozan oyunçuya əlavə intizam cəzası verilməyəcək. Yarı avtomatik ofsayd texnologiyası və ofsaydla bağlı sınaqların davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, dəyişikliklər IFAB-ın rəsmi qərarı əsasında qəbul olunub.

AzPost.az

Post navigation

Previous: Tramp Xameneyinin öldürüldüyünü bəyan edib
Next: Xameneyi ABŞ-ın hücumları nəticəsində vəfat edib –

Oxşar xəbərlər

dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
ilam futbol
  • İdman

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib

User 30 Oktyabr 2026 - 19:53

xƏBƏR

ramiz qizi
  • Sosial

“Bandotdel” Ramiz Mehdiyevin qızının vəkilini saxladı

User 14 Noyabr 2026 - 21:33
Azərbaycanda daha bir vəkil həbs edilib. Raman Abışov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi...
Read more about “Bandotdel” Ramiz Mehdiyevin qızının vəkilini saxladı
Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı dublin
  • Dünya

Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı

User 14 Noyabr 2026 - 20:06
Tramp İranla müharibənin başa çatdığını bildirib tramp cixis
  • Dünya

Tramp İranla müharibənin başa çatdığını bildirib

User 14 Noyabr 2026 - 18:39
Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır? is yeri
  • Baş Yazı

Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır?

User 14 Noyabr 2026 - 17:26
COVID-19 yeniyetmələri daha tez qocaldıb? – Alimlər DNT-də dəyişikliklər aşkarladı System discovering coronavirus launched in Omsk
  • Sosial

COVID-19 yeniyetmələri daha tez qocaldıb? – Alimlər DNT-də dəyişikliklər aşkarladı

User 14 Noyabr 2026 - 16:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.