Füzulidə azad edilmiş ərazidə xeyli silah-sursat tapılıb- FOTO

Füzulidə silah-sursat aşkar edilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazisində silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 12 avtomat, 5 pulemyot, 1 tapança və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.