Füzuliyə ezam olunmuş ANAMA əməkdaşı minaya düşüb

Xəbər verildiyi kimi, Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni metodlardan istifadə edib dinc sakinlərimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 14 noyabr 2020-ci il tarixdə saat 19 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Füzuli rayonuna ezam olunmuş Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı 1979-cu il təvəllüdlü Xudiyev Asif Mürsəl oğlu minaya düşməsi nəticəsində “sol ayağın topuqdan aşağı ətrafının travmatik amputasiyası” xəsarəti alıb.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan təhlükəsizlik xidmətinin sabiq rəhbəri saxlanılıb –

Sonrakı məqalə

Türkiyədə koronavirusdan daha 92 nəfər ölüb