Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Gədəbəydəki qızıl mədəni “AzerGold”un sərəncamına verilib

User 06 Avqust 2024 - 13:48 (Last updated: 21 May 2025 - 20:15)
azergold

“AzerGold” QSC Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında QSC ilə “R.V. Investment Group Services, LLC” arasında bağlanan saziş üzrə səlahiyyətlərinin icrası çərçivəsində ilkin tanışlıq səfərləri həyata keçirib.

“AzerGold”dan verilən məlumata görə, məqsəd saziş sahələrində mədənlərin idarə olunması, geoloji kəşfiyyat, hasilat, istehsalat, ətraf mühitin mühafizəsi, yerli icmalarla işin təşkili, korporativ sosial məsuliyyət və digər istiqamətlərdə fəaliyyətlə tanışlıq, əməliyyat şirkəti “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited”in (AİMK) dağ-mədən sahəsində fəaliyyətinin təkmilləşdirilməsi, Sazişin tələblərinə uyğun icrası istiqamətində təkliflərin hazırlanması, prosesə dəstək göstərilməsi və nəzarət tədbirlərinin icra edilməsidir.

Bu məqsədlə QSC-nin nəzdində yaradılan İşçi qrupu xarici şirkətin yeganə aktiv əməliyyat sahəsi olan “Gədəbəy” saziş sahəsinə səfər edib. Tanışlıq səfəri çərçivəsində əvvəlcə Səhmdar Cəmiyyət və AİMK nümayəndələri arasında görüş keçirilib, xarici operatorun fəaliyyəti, tətbiq etdiyi hasilat üsulları, istehsalat texnologiyaları və digər istiqamətlərdə görülən işlərlə bağlı məlumat əldə edilib, fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Daha sonra “Gədəbəy” saziş sahəsinə daxil olan “Gədəbəy”, “Qədir”, “Zəfər”, “Uğur” və “Gilar” qızıl, gümüş, mis yataqları, həmçinin istehsalat zavodları, nəm tullantı anbarı, laboratoriya və digər infrastruktur obyektlərinə baxış keçirilib.

Məlumat verilib ki, 8 saziş sahəsində işləmək hüququna malik olan AİMK hazırda “Gədəbəy” saziş sahəsində yerləşən mədənlərdə açıq və yeraltı hasilat üsulları ilə filizçıxarma əməliyyatlarını icra edir. Hasil edilən filizlər metal tərkibindən asılı olaraq çeşidləndikdən sonra aidiyyəti üzrə rayon ərazisində yerləşən qızıl və ya mis emalı təyinatlı istehsalat sahələrində emal olunur.

Bundan başqa, İşçi qrupun üzvləri geoloji tədqiqat və istismara hazırlıq mərhələsində olan “Qaradağ”, “Qızılbulaq” və “Dəmirli” filiz yataqlarına da səfər edərək, sahələrə baxış keçiriblər.

Tanışlıq səfərləri zamanı İşçi qrupun üzvləri yekun hesabata əlavə edilməsi, Saziş üzrə tərəfdaşlıqla bağlı hazırlanacaq Tədbirlər Planında nəzərə alınması üçün müvafiq qeydlər aparıblar.

Növbəti mərhələdə isə “AzerGold” tərəfindən saziş sahələrində mədən-filiz əməliyyatlarının icrası zamanı fəaliyyətin sazişin tələblərinə uyğun şəkildə təşkil edilməsi üçün zəruri tədbirlər görüləcək, eyni zamanda xarici şirkətin hökumət orqanları ilə əməkdaşlığına dəstək göstəriləcək. Eyni zamanda saziş sahələrində mütəmadi monitorinq işləri həyata keçiriləcək.

Xatırladaq ki, hasilatın pay bölgüsü haqqında saziş 20 avqust 1997-ci il tarixində Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC arasında bağlanmışdı. 22 yanvar 2000-ci il tarixindən, Sazişə yeni dəyişikliyə qədər “Azərqızıl”ın ləğv edilməsi nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sazişdən irəli gələn öhdəliklər üzrə “Azərqızıl”ın hüquqi varisi hesab edilmişdi. Azərbaycan Respublikasının 21 iyun 2024-cü il tarixli, 1176-VIQ nömrəli Qanunu ilə sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə verilib.

Post navigation

Previous: Banqladeşdə parlament buraxıldı
Next: Yeddi ayda ölkəmizə neft və qazdan 4 milyard dollar gəlir gəlib

Oxşar xəbərlər

qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26

xƏBƏR

dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
Fransanı təmsil edən azərbaycanlı boksçu Murad Əliyev İstanbulda keçirilən peşəkar boks qarşılaşmasında türkiyəli Ümit Çamkırana qalib gəlib....
Read more about İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO
Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…” erdoqan zefer paylasim
  • Siyasət

Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…”

User 08 Noyabr 2026 - 15:01
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.