Banqladeşdə parlament buraxıldı- Prezidentdən açıqlama

Banqladeş prezidenti Şahabuddin Çuppu parlamenti buraxıb.

Azpost.info xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyası məlumat yayıb.

Məlumata görə, bu prosedur baş nazir Şeyx Hasinanın istefasından sonra müvəqqəti hökumətin formalaşdırılması üçün zəruridir.

“Prezidentin silahlı qüvvələrin rəhbərləri, müxtəlif siyasi partiyaların rəhbərləri, vətəndaş cəmiyyəti nümayəndələri və tələbə hərəkatı liderləri ilə görüşündən sonra verilən qərara əsasən, milli parlament buraxılıb”, – məlumatda deyilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.