“Gələcək dünya nizamı ABŞ mərkəzli olmayacaq”.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Kreml ABŞ prezidenti Co Baydenin dünyanın yeni dünya nizamına ehtiyacı olması ilə bağlı bəyanatı ilə razıdır, lakin onu Birləşmiş Ştatların qura biləcəyi ilə razılaşmır.
“Baydenlə razıyıq ki, dünyanın yeni dünya nizamına ehtiyacı var. Qarşılıqlı hörmət və qarşılıqlı faydaya əsaslanan dünya nizamı”, – Peskov bildirib.
Kreml sözçüsü qeyd edib ki, ABŞ bu barədə danışarkən həmişə Amerika mərkəzli dünya nizamını nəzərdə tutur. Bununla belə, artıq dünya ABŞ-ın ətrafında dönməyəcək.
Azpost.info