Gələcəkdə ən çox bu ixtisaslar tələb olunacaq 

18 Fevral 2020 - 18:44

Mk.ru-nun xəbərinə görə, bunlar kibertexnika və biotexnikadır.

Qeyd edilir ki, biomühəndis, bioəczaçı, robototexnika üzrə mütəxəssis ixtisaslarına indi də tələbat çoxdur. Gələcəkdə bu tələbat daha da artacaq.

Mütəxəssislər tələbat olan peşələrdən kibertəhlükəsizlik, alternativ enerji mütəxəssisi, neyropsixoloq, virtual reallıq dizayneri, 3D çap mühəndisliyinin də adlarını çəkirlər.

Ekspertlərin sözlərinə görə, bu sahələrdə mütəxəssis çatışmazlığı səbəbindən kifayət qədər çox maaş almaq mümkündür. (Oxu.az)