Gələn həftə MİQ üzrə müsabiqənin test imtahanları başlanır

2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Test imtahanları iyulun 2-dən 10-dək ölkənin 18 şəhəri olmaqla 39 imtahan mərkəzində təşkil olunacaq.

 

Əvvəlki məqalə

İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul edib

Sonrakı məqalə

“İrəvanın danışıqlarda mövqeyi getdikcə ziddiyyətli olur” –