Gələn il minimum əmək haqqı və pensiya artırılacaq –Qanun layihəsi

Gələn il Azərbaycanda minimum əməkhaqqı 400 manat olacaq.

Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Bu, 2024-cü illə müqayisədə 55 manat, yaxud 15,9 faiz çoxdur. 2024-cü ildə minimum əməkhaqqı 345 manat olub.

Gələn il Azərbaycanda minimum pensiya məbləğinin 280 manat olacağı nəzərdə tutulur.

Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Başqa sözlə, 2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur.

Əvvəlki məqalə

Paşinyan yüksək vəzifəli məmurların istefası barədə açıqlama verdi

Sonrakı məqalə

BMT Baş katibi G20 ölkələrini COP29-un məqsədlərini dəstəkləməyə çağırıb