Gələn ilin yanvar semestri üçün qəbul sistemi aktivləşdirildiriləcək- Sabahdan

“Sentyabrdan başlayaraq, xaricdə təhsillə bağlı qəbul edilən tələbələrin maliyyələşməsi həyata keçiriləcək”. 

APA-nın məlumatına görə, bunu “2019-2023-cü illərdə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili, eyni zamanda UFAZ-da magistratura proqramının həyata keçirilməsi ilə bağlı keçirilən onlayn mətbuat konfransında Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli bildirib.

Onun sözlərinə görə, bu, yaxın illər ərzində 500-ə yaxın ən yüksək səviyyəli azərbaycanlı tələbənin maliyyələşməsi deməkdir: “İl ərzində iki dəfə qəbul nəzərdə tutulmuşdu. İlk qəbul baş tutdu. 2021-ci ilin yanvar semestri üçün isə sabahdan növbəti qəbul sisteminin aktivləşdirilməsi planlaşdırılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Builki meyvə qıtlığının səbəbi

Sonrakı məqalə

Nazir: