Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

“Gəncə işi” ilə bağlı hökm çıxarımış hakimləri öldürməyə çağıran şəxs həbs edilib –

User 26 Sentyabr 2022 - 09:58 (Last updated: 21 May 2025 - 20:15)
dtx hebs

2018-ci il iyulun 10-da Gəncə şəhərində radikal diniyönümlü bir qrup şəxs tərəfindən ictimai asayişin pozulmasına yönələn zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi, müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsi, iki polis zabitinin qəsdən öldürülməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar törədilməsi ilə bağlı cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirmiş hakimlərin fotoşəkillərini müxtəlif sosial şəbəkələrdə paylaşmaqla, onlardan qisas alınaraq öldürülmələrinə çağırış edilməsi, eləcə də həmin faktla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsindən daxil olmuş məlumatla əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində müvafiq araşdırmalar aparılıb.

Dövlət Təhlükəsizliyi Xidmətindən verilən xəbərə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2-ci (Terrorçuluğa açıq çağırışlar) maddəsi ilə başlanılmış cinayət işi üzrə aparılmış kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində “Facebook” sosial şəbəkəsində Gəncə şəhərində baş vermiş kütləvi iğtişaşlara görə hökm çıxarmış hakimlərin fotoşəkillərinin əks olunduğu paylaşımlarda onların gizlin şəraitdə öldürülmələrinə dair yazılar yerləşdirməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyəti orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirmiş hakimlərin həyatına sui-qəsd etməyə açıq çağırışların xarici ölkə vətəndaşı Bayramov Mühəndis Alyoşa oğluna məxsus sosial şəbəkə profilindən edilməsi müəyyən olunmuş və onun barəsində axtarış elan edilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş tədbirlərlə Mühəndis Bayramov saxlanılaraq həbs edilmiş və barəsində aparılan cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.

“Ölkədə ictimai təhlükəsizliyi təhdid edən, ədalət mühakiməsinə və dövlət orqanlarının fəaliyyətinə qarşı yönələn bu cür əməllərlə bağlı zəruri hüquqi tədbirlər bundan sonra da davamlı olaraq həyata keçiriləcək”, – məlumatda deyilir.

Post navigation

Previous: İtaliyada ümumi seçkilərdə ilkin nəticə açıqlanıb
Next: “Laboratory of Art” həvəskar yazarların hekayələr kitabını təqdim edib –

Oxşar xəbərlər

aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05
ilham ferhad
  • Baş Yazı

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib -YENİLƏNİB

User 23 Oktyabr 2026 - 14:58
yasil enerji esas
  • Baş Yazı

Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ

User 23 Oktyabr 2026 - 14:19

xƏBƏR

Su içmək
  • Maraqlı

Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır?

User 23 Oktyabr 2026 - 15:40
Kifayət qədər su içmək arterial təzyiqin normal səviyyədə saxlanmasına və hipertoniya riskinin azaldılmasına kömək edə bilər. Lakin...
Read more about Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır?
Neftçalada qulaqcıq velosipedçinin həyatına son qoydu – VİDEO velo qeza
  • Sosial

Neftçalada qulaqcıq velosipedçinin həyatına son qoydu – VİDEO

User 23 Oktyabr 2026 - 15:26
Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır? dollar qizil
  • İqtisadiyyat

Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır?

User 23 Oktyabr 2026 - 15:23
Beyin 30 yaşdan sonra qocalmağa başlayır? – Alimlər mühüm dəyişiklikləri açıqladı Beyin
  • Maraqlı

Beyin 30 yaşdan sonra qocalmağa başlayır? – Alimlər mühüm dəyişiklikləri açıqladı

User 23 Oktyabr 2026 - 15:16
Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir? aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.