Gəncədə anasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

08 Avqust 2021 - 09:53

Gəncə şəhəri, Məhsəti qəsəbə sakini 1980-ci il təvəllüdlü Ramin Rüstəmovun iyulun 24-də anası 1957-ci il təvəllüdlü Svetlana Rüstəmovaya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi səbəbindən sonuncunun avqustun 7-də ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib.

Ramin Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.