Hondurasda 14 yaşlı Osman Adonay Urbina itkin düşüb. Tezliklə La Entrada şəhərinin kənarında bədənində çoxlu güllə yaraları olan və eybəcər hala salınmış cəsədi tapılıb. Ailə itkin düşən gəncin kimliyini qolundakı çapıqdan müəyyən edə bilib.
Azpost.info bildirir ki, oğlanın dəfni zamanı gözlənilməz vəziyyət yaranıb.
Osmanı katolik ayinlərinə uyğun olaraq dəfn etmək qərara alınıb. Yeniyetmənin anası Vilma Fuentes onu tabutun yanında yas tutanda telefonuna zəng gəlib.
“Dostlarımız “Osmandır” deyəndə şoka düşdük. Elə bildim zarafatdır”, – deyə qadın daha sonra bildirib.
Zəng vuranın həqiqətən oğlu olduğu bəlli olub. Videozəng zamanı Osman deyib ki, üç həftə əvvəl ABŞ-a piyada getməyə qərar verib və hazırda Qvatemala və Meksika sərhədindən zəng vurdğunu bildirib.
İndi polis kimin meyitinin tapıldığını öyrənməyə çalışır.
Hər il dünyada 1 milyondan 8 milyona qədər uşaq itkin düşür. Onların əksəriyyəti ABŞ-da yoxa çıxır . Bu ölkədə hər il təxminən 450 min uşaq itkin düşür. Onlardan hər on min uşaq öldürülür.
Azpost.info