Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

“Gəncə Regional Qadın Mərkəzi” Xankəndidə qadınlarla görüş keçirib

User 11 Avqust 2025 - 08:30 (Last updated: 11 Avqust 2025 - 10:09)
ge01

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi “Qadın Təşəbbüs qruplarının yaradılmsı” layihəsini Qarabağda və Şərqi Zəngəzurda uğurla həyata keçirir.

Layihənin əsas məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərindən Qarabağ və Şərqi Zəngəzurda qadınların cəmiyyətə inteqrasiyasını gücləndirmək, onların iqtisadi, mədəni və  sosial proseslərdə iştirakına dəstək verməkdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən ictimai birlik fəaliyyətini artıq azad edilmiş, qurulan və inkişaf edən ərazilərdə davam etdirir.

Layihə çərçivəsində Xankəndi Tikiş evində çalışan qadınlarla maarifləndirici görüş keçirilmişdir. Görüşdə Xankəndi Xüsusi Nümayəndəliyinin səlahiyyətli şəxsləri, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi İdarə Heyətinin sədri Məleykə Əlizadə və ictimai birliyin üzvləri, Qarabağ Universitetinin müəllimi, layihənin eksperti Nigar Ramazanova, tikiş evində çalışan və əslən Qarabağdan olan 30 qadın iştirak etmişdir.

“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi İdarə Heyətinin sədri Məleykə Əlizadə çıxış edərək layihənin məqsədi və bu məqsədə çatmaq üçün fəaliyyətlər barədə məlumat verdi. Öz çıxışında Azərbaycanda fəaliyyət göstərən QHT-lərin qadınların cəmiyyətdəki rolunun artırılması istiqamətində iştiraklarının genişlənməsini qeyd edən M. Əlizadə, ölkəmizdə bu məsələnin gündəmdə olduğunu, qadınların müxtəlif sahələrdə iştirakçılığını artırmaq üçün dövlət siyasətindən danışdı. Qarabağ və Şərqi Zəngəzurda yaşayan qadınların qayıdışdan sonra proseslərdə daha fəal olmaları xüsusi vurğulandı.

Layihənin eksperti Nigar Ramazanova “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” haqqında məlumat verərək Xankəndi və bu inzibati əraziyə daxil olan Xocalı və Ağdərədə nəzərdə tutulan işlər, qayıdışdan sonra cəmiyyətə inteqrasiya, bu yolda rastlaşılan çətinliklər və onların aradan qaldırılması barədə geniş məlumat verdi. Ekspertindaha çox Xankəndinin iqtisadi, sosial və mədəni inkişafında tikiş fabrikində çalışan qadınların verə biləcəyi töhvələr barədə çıxışı sözün yaxşı mənasında müzakirələrə səbəb oldu. Müazkirələrdə çıxış edən qadınlar məsuliyyətlərini dərk etdiklərini, çətinliklərə rəğmən Qarabağın inkişafında yaxından iştirak etdiklərini bildirdilər.

Görüşdə iştirak edən şəhid ailələrinin nümayəndələri Qarabağın inkişafında yaxından iştirak etdikləri üçün ikiqat məsuliyyət daşıdıqlarını bildirdilər. Layihənin sonunda iştirakçılar tərəfindən səsləndirilən təkliflər layihənin hesabatında qeyd ediləcəkdir. Görüşün keçirilməsində dəstək olan Xankəndi Xüsusi Nümayəndəliyinə minnətdarlıq bildirilib.

Layihənin fəaliyyəti davam edir.

AzPost.az

Post navigation

Previous: Türkiyədə 6,1 bal gücündə zəlzələ olub
Next: Türkiyədə baş vermiş zəlzələdə 29 nəfər yaralanıb, 1 nəfər ölüb

Oxşar xəbərlər

rus liman
  • Katogriyasız

Rusiyanın ən böyük limanı PUA-larla vuruldu- Yanğın başladı, yaralılar var

User 11 Noyabr 2026 - 10:34
erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41

xƏBƏR

Tibbi Yardım
  • Sosial

Xəstəxanada əlavə pul tələb edirlər? – İcbari tibbi sığortanın bu qaydalarını bilin

User 12 Noyabr 2026 - 10:15
Azərbaycanda icbari tibbi sığorta sistemi fəaliyyət göstərsə də, vətəndaşlar bəzi müayinə, müalicə və tibbi prosedurlar üçün xəstəxanalarda...
Read more about Xəstəxanada əlavə pul tələb edirlər? – İcbari tibbi sığortanın bu qaydalarını bilin
60 yaşdan sonra bu 7 qidanı azaldın: Ürək, təzyiq və şəkər üçün təhlükə 60 yaşdan yuxarı
  • Sosial

60 yaşdan sonra bu 7 qidanı azaldın: Ürək, təzyiq və şəkər üçün təhlükə

User 12 Noyabr 2026 - 10:00
Soyuq havalarda hansı xəstəliklər artır? Qrip
  • Sosial

Soyuq havalarda hansı xəstəliklər artır?

User 12 Noyabr 2026 - 09:47
Azərbaycanda banklarda pul artır – İnsanlar niyə pullarını evdə deyil, bankda saxlayır? bank
  • İqtisadiyyat

Azərbaycanda banklarda pul artır – İnsanlar niyə pullarını evdə deyil, bankda saxlayır?

User 12 Noyabr 2026 - 09:37
Smartfonu gecə şarjda saxlamaq batareyaya zərər verir? telefon sarj
  • Maraqlı

Smartfonu gecə şarjda saxlamaq batareyaya zərər verir?

User 12 Noyabr 2026 - 09:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.