Gəncədə kişi qardaşı arvadını, gəlinini və 2 nəvəsini bıçaqlayıb-Ölən var (YENİLƏNİB)

Gəncədə ailə münaqişəsi zəminində baş verən hadisə ilə bağlı yeni təfərrüatlar məlum olub.

Qətli törədə şəxs, 1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğlu qardaşının ailə üzvlərini bıçaqlayıb.

M.Quliyev qardaşı arvadını, öz gəlinini və nəvələrini bıçaqlayıb.

Qardaşı arvadı, 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızı hadisə yerində dünyasını dəyişib.

Gəlini və nəvələri isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

***

20:50

Gəncədə ailə münaqişəsi zəminində bıçaqlanan şəxslərin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, həmin şəxslər bunlardır:

– 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızı (dünyasını dəyişib);

– 1984-cü il təvəllüdlü Quliyeva Günay Malik qızı;

– 2006-cı il təvəllüdlü Quliyev Malik Elnur oğlu;

– 2002-ci il təvəllüdlü Quliyeva Sevinc Elnur qızı.

**

Gəncə şəhərində kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb. Bıçaqlananların biri ölüb, digər iki nəfəri isə ağır yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Gəncədə 4 nəfərin bıçaqlanması ilə nəticələnən hadisənin təfərrüatları məlum olub. Hadisə ailə münaqişəsi zəminində baş verib. Ailə başçısı həyat yoldaşını, gəlinini və iki nəvəsini bıçaqlayıb. Nənə hadisə yerində dünyasını dəyişib. (APA)

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

XİN Dağıstanda baş verən hadisəyə münasibət bildirdi:

Sonrakı məqalə

“Biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq” –