Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

G7 ölkələri Rusiyanı ildə 80 milyard dollardan məhrum edə bilər

Orkhan Ali 13 Oktyabr 2025 - 19:21 (Last updated: 13 Oktyabr 2025 - 17:53)
neftimage
G7 Rusiyanın neft ixracına təzyiqi maksimum dərəcədə artırmağı planlaşdırır. Bu addım Moskvanın gəlirlərini ildə 80 milyard dollar azalda bilər ki, bu da Kreml iqtisadiyyatına ciddi zərbə vuracaq.
Qaynarinfo xəbər verir ki, “Reuters”in şərhçisi Hüqo Dikonun yazdığına görə, digər istehsalçılar hasilatı artırmasa, Rusiya neftinin ixracına qoyulacaq məhdudiyyətlər əks nəticə verə bilər. Əks halda, təklifin azalması dünya bazarında neftin qiymətinin artmasına və Qərb iqtisadiyyatlarına zərər vurmasına gətirib çıxaracaq. Belə vəziyyətdə Rusiyanın gəlirləri də azalmaq əvəzinə, yüksək qiymətlər sayəsində kompensasiya oluna bilər.
Bu səbəbdən G7 xüsusilə Fars körfəzi ölkələrini neft hasilatını artırmağa, həmçinin Moskvanın əsas müştərilərindən – o cümlədən Hindistanı – Rusiyadan daha az neft almağa inandırmalıdır.
İlkin mərhələ Ər-Riyad və Əbu-Dabiyə əlavə hasilatla daha çox gəlir əldə edə biləcəklərini göstərməkdən ibarətdir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı hasilatı gündə 2,43 milyon barel, Birləşmiş Ərəb Əmirlikləri isə 0,85 milyon barel artıra bilər.
Lakin təklifin bu qədər artması neftin qiymətinə təzyiq göstərəcək. Nəticədə Fars körfəzi ölkələri artan hasilatdan qazandıqlarından çox itirə bilərlər. Buna görə G7 ölkələri onları inandırmalıdır ki, neftin qiyməti kəskin enməyəcək. Bunun üçün bazardan Səudiyyə Ərəbistanı və BƏƏ-nin əlavə təklifi qədər Rusiya neftinin çıxarılması lazımdır.
Fars körfəzi razılaşması yalnız Hindistan və Türkiyə razılaşması ilə müşayiət olunduğu halda işlək ola bilər. Çin Rusiya neftinin ən böyük alıcısı olsa da, Pekinlə Moskva arasındakı münasibətlər fonunda G7-nin bu ticarəti dayandırmaq cəhdləri nəticə verməyəcək.
Buna görə daha real istiqamət Dehli və Ankara ilə əməkdaşlıqdır. Ukraynanın “KSE” institutunun məlumatına görə, son aylarda Hindistan Rusiyadan gündə təxminən 1,9 milyon barel, Türkiyə isə 0,9 milyon barel xam neft və neft məhsulları idxal edib. G7 ölkələri bu ölkələrə göstərməlidir ki, Fars körfəzi ölkələrindən daha çox, Rusiyadan isə daha az alaraq da qazana bilərlər. Bunun üçün onlara “qara qızıl”a münasibətdə yaxşı endirim təklif olunmalıdır.
Bundan başqa, Avropa İttifaqı Rusiyadan gündəlik qalan 0,2 milyon barel neft idxalını da dayandırmalıdır.

AzPost.az

Post navigation

Previous: Dünyada antibiotiklərə davamlı infeksiyaların sayı artır
Next: 63 milyon manatlıq sifariş alan “universal” şirkət

Oxşar xəbərlər

S400
  • Dünya

Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı

User 20 Noyabr 2026 - 23:10
Avropa
  • Dünya

ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır

User 20 Noyabr 2026 - 19:33
errmeni spiker rubinyan
  • Dünya

“Müxalifət Azərbaycanla sülhə mane olur” – Ermənistan parlamentinin sədrindən ittiham

User 20 Noyabr 2026 - 19:16

xƏBƏR

S400
  • Dünya

Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı

User 20 Noyabr 2026 - 23:10
Rusiya Türkiyənin S-400 zenit-raket komplekslərini üçüncü ölkəyə satmaq ehtimalı ilə bağlı Ankara ilə dialoqun sakit və qarşılıqlı...
Read more about Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı
Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur futbol siya
  • İdman

Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur

User 20 Noyabr 2026 - 22:48
İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı olum vefat
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı

User 20 Noyabr 2026 - 20:00
Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma Pəhriz
  • Maraqlı

Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma

User 20 Noyabr 2026 - 19:45
ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır Avropa
  • Dünya

ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır

User 20 Noyabr 2026 - 19:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.