Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

General Hikmət Həsənovun sabiq köməkçisi hakim qarşısına çıxarılıb –

User 18 Avqust 2023 - 13:55 (Last updated: 21 May 2025 - 20:15)
hikmet komekci

Sabiq korpus komandiri, general Hikmət Həsənovun köməkçisi Fuad Ağayev avqustun 17-də məhkəmə önünə çıxarılıb. Tərtərdə 2017-ci ildə bu olaylar yaşandığı zaman F.Ağayev həm generalın köməkçisi, həm də korpusun hüquqşünası olub.

Azpost.info Azadlıq radiosuna istinadən bildirir ki, Fuad Ağayev dörd nəfərlə – Qurban Cümşüdov, Cavid Ağadadaşov, Fuad Axundov və Ramil Əhmədovla birlikdə mühakimə olunur. Bu işi Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırır. Tərtərdə altı il öncə baş vermiş olaylarla bağlı 2021-ci ilin dekabrında yenidən istintaq aparılandan sonra məsuliyyətə cəlb olunanlar bir neçə qrupa bölünüb və işləri bölüm-bölüm məhkəməyə göndərilib. Hazırda Bakı Hərbi Məhkəməsində “Tərtər işi” üzrə toplam 13 nəfərin mühakimə edildiyi üç qrupun məhkəməsi gedir.

F.Ağayev və onunla birlikdə məhkəmə önünə çıxarılanlardan Cümşüdov və Ağadadaşov daha öncə Tərtərdəki işgəncələrə görə mühakimə edilib və cəza da alıblar. Ağayevə 10 il, onların hər birinə isə 6 il həbs cəzası kəsilib. Ancaq 2021-ci ildə istintaq təzələnəndən sonra yeni hallar üzə çıxıb. Bu üzdən onlara yeni ittihamlar verilib.

Məhkəmədə məlum olub ki, bu iş üzrə 317 nəfər zərərçəkmiş kimi tanınıb. Başqa deyimlə, bu beş nəfər təqsirləndirilən onlara işgəncə verməkdə suçlanır. Üstəlik, işgəncə nəticəsində həyatını itirənlərin dörd ailə üzvü də hüquqi varis sifətində məhkəməyə qatılacaq.

Tərtərdə işgəncədən ölən daha bir hərbçinin – Elçin Quliyevin anası Validə Əhmədova digər qrupun məhkəməsində zərərçəkmiş kimi tanınsa da, Fuad Ağayevgilin işində bu statusda deyil. O, məhkəməyə ərizə verərək bu işdə də zərərçəkmiş qismində iştirakına icazə verilməsini istəyib. Məhkəmə Əhmədovanı bu məhkəmədə zərərçəkmiş qismində tanımaqdan imtina edib.

Zərərçəkmişlərdən bir neçəsi məhkəməyə gəlib-getməklə bağlı maddi çətinlikləri olduğunu vurğulayaraq bununla bağlı məhkəməyə ərizə veriblər. Onlar gediş-gəliş, qalmaq xərclərinin qarşılanması üçün məhkəmənin tədbir görməsini istəyirlər.

Təqsirləndirilənlərin vəkilləri prosesdə hərbi sirr, dövlət sirri səsləndirilə biləcəyindən məhkəmənin qapalı keçirilməsini xahiş ediblər. Ancaq zərərçəkənlər prosesin qapalı keçirilməsi ilə razılaşmadığından məhkəmə də qapalı prosesə razılıq verməyib. Beləliklə, 2017-ci ildə Tərtərdə yüzlərlə hərbçiyə işgəncə verilməsi, onlardan bir neçəsinin ölümü ilə bağlı daha bir məhkəmə istintaqı avqustun 31-dən başlanacaq.

“Tərtər işi” üzrə digər iki qrupun hər birində dörd nəfər mühakimə olunur. Onların arasında Tərtərdə hərbi hissə komandiri olmuş polkovnik Vüsal Ələsgərov, hərbi hissənin keçmiş qərargah rəisi Rəşid Niftəliyev, müddətdən artıq xidmət etmiş hərbçilər var. Mühakimə olunanların heç biri özünü təqsirli saymır.

Cinayət işinin materiallarından, məhkəmədəki dindirmələrdən 2017-ci ilin mayında hadisələr baş verərkən korpus komandiri Hikmət Həsənovun Tərtərdə hadisə yerində olduğu bilinib. O, 2021-ci ilin avqustunda korpus komandiri vəzifəsindən azad edilərək Hərbi Akademiya rəisinin müavini təyin olunub.

Post navigation

Previous: Prezident Şimali Koreyanın yeni səfirini qəbul edib
Next: Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.