Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

General Kənan Seyidov Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun komandanı təyin edilib

User 05 İyul 2024 - 16:51 (Last updated: 21 May 2025 - 20:15)
kenan general

Vətən Müharibəsi Qəhrəmanı general mayor Kənan Seyidov Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun komandanı vəzifəsinə təyin edilib.

Azpost.info bildirir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat verib.

 

Kənan Seyidov 23.12.1974-cü ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub.

Kənan Seyidov uzun illər Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 24 iyun 2003-cü ildə “Azərbaycan Bayrağı” ordeni ilə, 24 iyun 2006-cı ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.

2016-cı ilin aprel döyüşlərində fərqlənib, 20 aprel 2016-cı ildə “İgidliyə görə” medalı ilə təltif edilib.

Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini – Qərargah rəisi vəzifəsinə təyin olunub. 2020-ci ilin sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşanın azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı fərqlənib. Xüsusi xidmətləri nəzərə alınaraq Vətən Müharibəsi Qəhrəmanı adı verilib, həmçinin “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 20 noyabr 2020-ci il tarixli 2300 nömrəli sərəncamı ilə Kənan Seyidova general-mayor ali hərbi rütbəsinin verilib.

23 iyun 2021-ci ildə Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini – Qərargah rəisi vəzifəsindən azad edilib və 5-ci Ordu Korpusunun Komandiri vəzifəsinə təyin edilib.

5-ci Ordu Korpusunun Komandiri olduğu müddətdə — noyabr 2021-ci ildə, aprel 2023-cü ildə və may 2023-cü ildə Azərbaycan–Ermənistan sərhədində baş verən əməliyyatların həllində rol alıb. 2021-ci ilin iyununda 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 2023-cü ilin noyabrında isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Müxtəlif illərdə müdafiə nazirlərinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalları, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi, həmçinin “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə də təltif edilib.

Post navigation

Previous: Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib
Next: Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

Oxşar xəbərlər

market
  • Baş Yazı

Ölkədə ailənin ərzaq xərci nə qədər artıb? – Ən çox hansı məhsullar bahalaşıb?

User 28 Oktyabr 2026 - 14:34
enerji
  • Baş Yazı

Azərbaycanın elektrik ixracı 67% azalıb – ölkə niyə xaricə daha az enerji satır?

User 28 Oktyabr 2026 - 12:26
ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58

xƏBƏR

kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun “2024-2026-cı illər üzrə Kommunikasiya strategiyası”na uyğun olaraq iqtisadi və daşınmaz...
Read more about İpoteka Fondunda ekspertlərlə görüş keçirilib
Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı pasinyan hokm
  • Dünya

Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı

User 29 Oktyabr 2026 - 14:35
Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı nuh aqridaq01
  • Maraqlı

Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı

User 29 Oktyabr 2026 - 14:25
Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini “anti-dövlət sənədi” adlandırdı paşinyan
  • Dünya

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini “anti-dövlət sənədi” adlandırdı

User 29 Oktyabr 2026 - 14:13
“Dövlət qurumlarında işləmək istəyənlər ən azı 3 ay könüllü olmalıdır” – QHT sədrindən yeni qanun təklifi cesaret
  • QHT

“Dövlət qurumlarında işləmək istəyənlər ən azı 3 ay könüllü olmalıdır” – QHT sədrindən yeni qanun təklifi

User 29 Oktyabr 2026 - 14:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.