“General Sergey Surovikin hazırda Rostovda istirahətdədir”- KİV

“General Sergey Surovikin hazırda Rostovda istirahətdədir”.

Azpost.info xəbər verir ki, bunu “Readovka” nəşrinə danışan mənbə bildirib.

Mənbə bununla Dumanın Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolovun dünənki açıqlamasını təsdiqləmiş olub. Kartapalov da generalın hazırda istirahətdə olduğunu və dincəldiyini bildirmişdi.

Bundan əvvəl Moskvanın İctimai Nəzarət Komissiyası generalın “Matrosskaya Tişina” və “Kreml Mərkəzi”ndə olmadığını deyib. Komissiyasının katibi Aleksey Melnikov Surovikinin “Odintsovo” istintaq təcridxanasında olduğunu təsdiq və ya təkzib edə bilməyəcəyini qeyd edib. Eyni zamanda o, Surovikinin həbs oluna biləcəyinə şübhə ilə yanaşıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Surovikinin harada olması barədə məlumatı olmadığını bildirib.

O, bu məsələləri Müdafiə Nazirliyi ilə dəqiqləşdirməyi tövsiyə edib.

Azpost.info

Əvvəlki məqalə

Lənkəranda tarixi qalanın damına nə üçün şifer vurulub? –

Sonrakı məqalə

BMT Baş katibi Rusiya prezidentinə məktub göndərdi