Goranboyda qumbara partlayıb. AzPost APA-ya istindən bildirir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.
Qarasüleymanlı kəndində yaşayan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlu gəlini 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib və ona doğru qumbara atıb.
Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirib, vəziyyəti qənaətbəxşdir.
Zakir Namazov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, ötən həftə Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.
Belə ki, “VAZ-2107” və “Pikap” markalı avtomobillər toqquşub. Qəza nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib. Daha bir neçə nəfər yaralanıb.
Qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü, Səfikürd kənd sakini 2003-cü il təvəllüdlü Məmməd Bayramov ölüb. Həmin maşında olan digər sərnişinlər Səfikürd kənd sakinləri 2001-ci il təvəllüdlü Allahverdiyev Mehman, həmyaşıdı Babayev Uğur və Allahyarov Məftun müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
“Pikap” markalı avtomobildə olan Hüseynzadə Vahid və sərnişinlər 1980-ci il təvəllüdlü Hacıbabayev Samir, 1971-ci il təvəllüdlü Qasımova Zəminə müxtəlif bədən xəsarətləri ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yeləşdirilib. Onların vəziyyəti orta-ağırdır.