Ən sürətli internet olan ölkələr

sürətli internet
sürətli internet

“Ookla” analitik şirkəti 2025-ci il yanvar ayı üçün ölkələr üzrə sürətli  internet reytinqini açıqlayıb. AzPost xəbər verir ki, Sinqapur sabit genişzolaqlı internetin sürəti üzrə liderdir, mobil internetin sürəti üzrə isə lider Birləşmş Ərəb Əmirlikləridir (BƏƏ).

Sinqapurda yükləmə sürəti 336.45 Mbit/s-ə təşkil edib. Reytinqdə sonrakı yerləri BƏƏ (310.05 Mbit/s), Honkonq (305.71 Mbit/s), Fransa (287.44 Mbit/s) və İslandiya (281.95 Mbit/s) tutub.

Azərbaycan bu reytinqdə 66.91 Mbit/s göstərici ilə 90-cı yerdədir.

Suriya və Kuba orta yükləmə sürəti təxminən 3 Mbit/s olmaqla sonuncu yerdə qərarlaşıb.

İllik müqayisə göstərib ki, qlobal yükləmə sürəti 2024-cü ilin yanvar ayı (91.93 Mbit/s) ilə müqayisədə 5.7 Mbit/s artıb.

Mobil internet baxımından qlobal yükləmə sürəti 91,24 Mbit/s-ə çatıb. Bu göstərici əvvəlki illə müqayisədə (50 Mbit/s) iki dəfə artıb.

BƏƏ mobil internet reytinqinə 545.94 Mbit/s orta yükləmə sürəti ilə başçılıq edir. Daha sonra sürətli internet reytinqində Qətər (521.51 Mbit/s), Küveyt (314.39 Mbit/s), Bolqarıstan (252.,05 Mbit/s) və Bəhreyn (213.09 Mbit/s) gəlir. Azərbaycan isə 70 Mbit/s sürətlə 54-cü yerdədir.(oxu.az)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.