Göygöl ərazisində zəlzələ qeydə alınıb

25 Oktyabr 2020 - 22:34

Oktyabrın 25-də yerli vaxtla saat 19:38-də Gəncə stansiyasından 22 km cənubda Göygöl ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Zəlzələnin ocağı 12 kilometr dərinlikdə yerləşib.