Göygöldə ölümlə nəticələnən qəza ilə bağlı 2 nəfər saxlanılıb

01 Fevral 2020 - 11:09

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. 

Saxlanılan şəxslər rayon sakini, “Ford” markalı kiçiktutumlu yük maşınının sürücüsü, 1998-ci il təvəllüdlü Orucov Arzu Lətif  oğlu və Şəmkir rayon sakini, “Zil” markalı yük avtomobilinin sürücüsü, 1975-ci il təvəllüdlü  Murtuzayev Neymət Əhməd oğludur. (APA)