Güc strukturlarının rəhbərləri terrorla bağlı Putinə məruzə edib

Rusiya hüquq-mühafizə orqanlarının rəhbərləri “Crocus City Hall”da baş vermiş terror aktının təhqiqatı ilə bağlı prezident Putinə məruzə ediblər.

Azpost.info bildirir ki, bu barədə Kremlin mətbuat xidməti xəbər verir.

Rusiya Səhiyyə Nazirliyi və regional hakimiyyət orqanları zərərçəkənlərə göstərilən yardım barədə məlumat verib.

Qeyd olunur ki, Putin Rusiya baş nazirinin müavini Tatyana Qolikova, Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko və Moskva vilayətinin qubernatoru Andrey Vorobyovla danışıb.

Kremlin mətbuat xidmətinin məlumatına görə, onlar Putinə terror aktından zərər çəkənlərə yardım üçün görülən tədbirlər barədə məlumat veriblər.

Öz növbəsində, FSB-nin direktoru Aleksandr Bortnikov, Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsev, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Rusiya Qvardiyasının direktoru Viktor Zolotov Rusiya  prezidentinə terror hucumu ilə bağlı aparılan istintaqın gedişi barədə məlumat veriblər.

Əvvəlki məqalə

Moskvada terror hucumunda ölənlərin sayı 82-ə çatıb

Sonrakı məqalə

Azərbaycan neftinin qiyməti dəyişməyib