Güclü külək icra nümayəndəliyinin binasını qəzalı vəziyyətə saldı

Siyəzəndə güclü külək fəsadlar törədib.

Rayonun bəzi kəndlərində yaşayış evlərinin damlarını uçurub.

Külək rayonun Ərziküş icra nümayəndəliyinin damını uçurub və Dağ Quşçu kəndində isə nümayəndəliyin binası qəzalı vəziyyətə düşüb.

Şəhərin mərkəzində vətəndaşlara məxsus yardımçı tikililərin və mərasim evinin damı uçub.

Güclü külək elektrik təsərrüfatına da ziyan vurub, Daşlı Calgan və Ərziküş kəndlərində işıq dirəklərini aşırıb.

Dəymiş ziyanın hesablanması və fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Əvvəlki məqalə

Bu gün Yel çərşənbəsidir

Sonrakı məqalə

Azərbaycan nefti bahalaşıb